20 mart 2013 15:31
Moutinyo İsrail və Azərbaycan ilə oyunların hazırlıqlarına qoşuldu
Futbol üzrə Portuqaliya yığmasının yarımmüdafiəçisi Joao Moutinyo məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, zədəli olsa da, baş məşqçi Paulo Bento tərəfindən DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsrail (22 mart) və Azərbaycan (26 mart) ilə oyunlara çağırılan təcrübəli orta sahə oyunçusu artıq komandasının hazırlıqlarına qatılmağa başlayıb.
Lakin o, digər futbolçulardan fərqli, yüngül proqramla çalışıb. Moutinyonun qarşıdakı oyunlarda iştirakı hələ tam dəqiqləşməsə də, baş məşqçi onu heyətdə saxlamağa davam edir.
