21 mart 2013 20:30
Elxan Məmmədov: AFFA yığmadan Lüksemburqla oyunda ancaq qələbə gözləyir
AFFA-nın baş katibi Elxan Məmmədov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla səfərdə baş tutacaq oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Bu, 2013-cü ildə keçirəcəyimiz ilk rəsmi oyunumuzdu. Bundan sonra Portuqaliya ilə də görüş var. Buna baxmayaraq, futbolçular tam olaraq Lüksemburqla görüşə köklənib. AFFA rəhbərliyi komandadan yalnız qələbə gözləyir. Biz buna üç xal dalınca gəlmişik. Avropada 53 yığma komanda var və onların hər birinin öz iddiaları var. Lüksemburq öz meydanında heç də zəif çıxış etmir. Yığmamız yaxşı futbol sərgiləməyə və qələbə qazanmağa borcludu”.

Baş katib mümkün uğursuzluğa da toxunub: “Bu, futboldu, hər cür nəticə qeydə alına bilər. Ancaq yenə də deyirəm ki, komandamız ancaq qələbəyə oynayacaq. Şimali İrlandiyaya minimum bir xal dalınca getmişdik və buna nail olduq. Bura isə qələbə dalınca gəlmişik və istəyimizə çatacaq gücə malik olduğumuzu düşünürəm. Ən yaxşısına ümid edirik”.
AFFA rəsmisinin sözlərinə görə, komandamızı səfər oyununda ciddi dəstək gözləyir: “Bu oyunda 300-ə yaxın azarkeşimizin olmasını gözləyirik. Fransa, Almaniya, Belçika kimi qonşu ölkələrdə yaşayan və təhsil alan həmyerlilərimiz komandamıza dəstək olmalıdı. Lüksemburqda rəsmi olaraq 53 azərbaycanlı yaşayır. Onlar da dəstəklərini nümayiş etdirəcəklər. AFFA 200 bilet götürüb. Onları azarkeşlərimizə paylayacağıq. Bu ölkədə fəaliyyət göstərək bir şirkətimiz də 100-150 bilet alıb. Azarkeşlərimizi milli bayraqlarımızla da təmin edəcəyik”.
Maraq üçün bildirək ki, yığmamızın üzvləri Lüksemburqu səfərdə yenəcəkləri halda, 30 min manat mükafata sahib ola bilərlər. Məmmədov bu məsələ ilə də bağlı fikirlərini açıqlayıb: “Son illərdə mükafatların məbləği oyundan öncə müzakirə olunmur. Futbolçular özləri bu haqda danışmaq istəmirlər. Azərbaycan yığmasında pul xatirinə oynamırlar. Hər kəs ölkəyə uğur, nəticə qazandırmaq haqda düşünür. Hətta oyunlardan sonra da futbolçular bizdən mükafat tələb etmirlər. Bu, müsbət amildi”.