21 mart 2013 21:30
Bakının futbolçusu karyerasını başa vurur
“Bakı”nın müdafiəçisi Vadim Boret karyerasını başa vurur. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu ölkəsində verdiyi açıqlama bunları dilə gətirib:
“Son yarım ili mən “Bakı”nın əvəzedici komandasında keçirdim. Mənim klubla daha altı aylıq müqaviləm var. Amma fikrimcə, daha Azərbaycana qayıtmaram. Son detalları da müzakirə etdikdən sonra karyeramı başa vuracağam. Mənim başqa planlarım var. 36 yaşımda futbol fəaliyyətimi dayandırmağa qərar vermişəm. Bundan sonra isə məşqçilik kurslarına yazılacağam. Əlbəttə, heç kim mənə birdən-birə “Barcelona”da işləmək təklifi etməyəcək. Amma zamanla hər şeyin yaxşı olacağına inanıram”.