21 mart 2013 11:12
İnter intizamsız futbolçu ilə gücləndi
Vaxtilə “Standard”, “İnter”, “Bakı” və “Qarabağ”ın şərəfini qorumuş Leonardo Roşa karyerasını yenidən Azərbaycanda davam etdirəcək. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu yenə də ölkəmizə pənah gətirib.
Roşa karyerasını yenidən “İnter”də davam etdirəcək. Belə ki, 2009-2010-ci illərdə bu komandanın heyətində çıxış etmiş hücumçu artıq Bakıya gəlib və ötən gün tibbi müayinədən keçib. Bayram günləri ilə əlaqədar Roşa ilə hələ müqavilə imzalanmayıb. Rəsmi müqavilə bağlanandan sonra futbolçunun adının sifariş ərizəsinə daxil edilməsi gözlənilir.
Qeyd edək ki, Roşa azad agent statusuna malikdi. Onun son çıxış etdiyi klub isə Braziliyanın D Seriyasında mübarizə aparan "Treze" klubu olub.
Maraq üçün onu da xatırladaq ki, Roşanın ökəmizdə forma geyindiyi sonuncu komanda “Qarabağ” olub. Braziliyalı futbolçu adətən nizam-intzam qaydalarını pozduğuna görə komandalarla yollarını ayırıb. Elə “sambaçı”nın “bankirlər”i tərk etməsi də bu üzdən baş vermişdi. Odu ki, Roşanın növbəti dəfə “İnter”ə qayıdışı müəmmalıdı.
