22 mart 2013 00:15

İlk qələbə, yoxsa növbəti rüsvayçılıq?

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi Lüksemburq seçməsi olacaq.
 
Qeyd edək ki, bu, komandamızın cari seçmə mərhələdəki beşinci oyunu olacaq. Foqtsun yetirmələri ötən ilə təsadüf edən ilk dörd oyunda öncə Bakıda İsraillə 1:1 hesablı heç-heçəyə razılaşmış, ardından səfərdə Portuqaliya (0:3) və Rusiyaya (0:1) məğlub olmuşdu. 2012-ci ilə təsadüf edən son rəsmi görüşdə isə Şimali İrlandiya ilə səfər heç-heçəsinə (1:1) nail olmuşduq. Göründüyü kimi, qrupdakı rəqiblərimizdən indiyə qədər yalnız Lüksemburqla münasibətlərimizə aydınlıq gətirməmişik. Amma bu gün baş tutacaq oyunla nəhayət bu həsrətə də son qoyulacaq.

Lüksemburq yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində151-ci yeri tutur. Cırtdan ölkə təmsilçisi zəif rəqib təsiri bağışlasa da, yığmamız bu komandaya heç də yuxarıdan aşağı baxmamalıdı. Düzdü, reytinq cədvəlindəki yerinə görə millimiz (maraq üçün bildirək ki, millimiz hazırda 116-cı pillədə qərarlaşıb) bu rəqibindən xeyli öndədi. Amma bu, lüksemburqluları asanlıqla yenəyəcəyimiz anlamına gəlməməlidi. Ən azı ona görə ki, qarşılaşma səfərdə - Lüksemburq üçün doğma olan bir arenada baş tutacaq.
 
Yığmamızın rəqibi də cari seçmə tsikldə artıq dörd oyununu arxada qoyub. Öncə Portuqaliyaya uduzan (1:2) cırtdan ölkə təmsilçisi ardından Şimali İrlandiya ilə səfərdə 1:1 hesablı heç-heçəyə razılaşıb. Lakin İsraillə görüşlərdə Holtsun yetirmələri heç nəyə nail ola bilməyiblər. Doğma divarlar arasında bu komandadan altı cavabsız qol buraxan Lüksemburq yığması Ramat Qanda baş tutan səfər görüşündə də 0:3 hesablı darmadağınla üzləşmişdi. Nəticədə cəmi 1 xalı olan lüksemburqlular F qrupunda sonuncu yerdə gedirlər.
 
Lüksemburq millisinə Lyuk Holts başçılıq edir. 43 yaşlı yerli mütəxəssis 2010-cu ildən etibarən bu yığmanı çalışdırır. O, bundan öncə Lüksemburqun gənclərdən ibarət yığmasını da çalışdırıb. Ona görə də Holts Lüksemburq yığmasının hazırkı üzvlərinin nəyə qadir olduğunu çox yaxşı bilir. Baxmayaraq ki, Azərbaycan yığması kimi, onun da komandası ciddi uğurları ilə seçilmir. Rəqibimizin heyətində Fransa, İsveç, İsveçrə, Almaniya, Hollandiya çempionatlarında çıxış edən legioner futbolçular var.
 
Azərbaycan yığmasına gəlincə, komandamız 2013-cü ildə ilk rəsmi oyununa çıxacaq. Düzdü, buna qədər komandamız iki yoxlama oyunu keçirməyə imkan tapıb. Yanvar-fevral aylarına təsadüf edən Dubay toplanışı çərçivəsindəki ilk oyununda Özbəkistanla qarşılaşan təmsilçimiz qolsuz heç-heçəyə razılaşmışdı. Ardından isə Lixtenşteynlə görüşən futbolçularımız 1:0 hesablı qələbəyə imza atmışdılar. İndi komandamız bu uğurun davamını gətirməyə çalışmalıdı.
 
Lüksemburqla görüş seçmə mərhələdəki ilk qələbəmizi rəsmiləşdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Buna nail olsaq, qrup sonuncusu ilə xal fərqimizi də artırmağa nail olacağıq. Bu, eyni zamanda Şimali İrlandiyanı da qabaqlamağımıza imkan verə bilər. Amma “Jozi Bartel” stadionunda baş tutacaq görüşün sülhlə bitməsi ehtimalı da az deyil. Çünki komandamızın adətən belə zəif rəqiblərlə görüşlərdə xal itirməklə və ya uduzmaqla azarkeşlərini üzmək “təcrübəsi” var. Necə ki, ötən tsikldə də Qazaxıstanla oyunlarda altı xalı cibimizdə hiss etdiyimiz halda, səfər matçında məğlubiyyətlə üzləşdik. Təbii ki, lüksemburqlulara məğlubiyyət komandamız üçün əsl faciə hesab olunacaq. Belə olan halda cəmi dörd gün sonra qarşılaşacağımız Portuqaliya yığması ilə Bakıdakı görüşdə də uğur gözləmək mənasız olacaq. Əksinə, Lüksemburqu məğlub edəcəyimiz halda komandada atmosfer daha da yaxşılaşa bilər və millimiz portəgizlərdən də xal almaq üçün əlindən gələni edər. Hansı ki, futbolçularımız da açıqlamalarında bunu tez-tez dilə gətirirlər.
 
Xatırladaq ki, Lüksemburq Azərbaycan yığması üçün artıq tanış rəqibdi. Özü də millimiz bu rəqib üzərində qələbə qazanmaq təcrübəsinə də malikdi. Belə ki, bu iki ölkə yığması bir dəfə üz-üzə gəliblər. Amma həmin matç yoldaşlıq görüşü çərçivəsində baş tutub. Elə 2010-cu ilin mart ayında Lüksemburqda baş tutan qarşılaşma yığmamızın 2:1 hesablı səfər qələbəsiylə başa çatmışdı. İndi yığmamız həmin uğurunu rəsmi oyunda da təkrarlamağa borcludu.
 
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 194-cü matçına çıxacaq. İndiyəqədərki oyunların 33-də qələbə qazanmışıqsa, 49-da da heç-heçə ilə təsəlli tapmışıq. 111 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 133 qol vurduğumuz halda, öz qapımızdan 340 top çıxarmışıq.
 
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
22 mart
 
23:15. LÜKSEMBURQ – AZƏRBAYCAN
Hakimlər: Padrayq Satton, Mark Qeyin, Dermot Brayton, Neyl Doyl (hamısı İrlandiya).
Hakim-inspektor: Marsel Vanelşoxt (Belçika).
Komissar: Volfqanq Tyerrixter (Avstriya).
 
1 Rusiya 4 4 0 0 8 0 +8 12
2 İsrail 4 2 1 1 10 5 +5 7
3 Portuqaliya 4 2 1 1 6 3 +3 7
4 Şimali İrlandiya 4 0 3 1 3 5 –2 3
5 Azərbaycan 4 0 2 2 2 6 –4 2
6 Lüksemburq 4 0 1 3 2 12 –10 1

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.