23 mart 2013 01:08
Azərbaycan Lüksemburqla da bacarmadı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız səfərdə Lüksemburqla münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, bu, komandamızın cari seçmə mərhələdəki beşinci oyunu idi. Foqtsun yetirmələri ötən ilə təsadüf edən ilk dörd oyunda öncə Bakıda İsraillə 1:1 hesablı heç-heçəyə razılaşmış, ardından səfərdə Portuqaliya (0:3) və Rusiyaya (0:1) məğlub olmuşdu. 2012-ci ilə təsadüf edən son rəsmi görüşdə isə Şimali İrlandiya ilə səfər heç-heçəsinə (1:1) nail olmuşduq. Göründüyü kimi, qrupdakı rəqiblərimizdən indiyə qədər yalnız Lüksemburqla münasibətlərimizə aydınlıq gətirməmişdik. Birinci dövrənin son oyununda yığmamız həm də ilk qələbəsini rəsmiləşdirə bilərdi. Çünki Lüksemburq yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində151-ci yeri tutur. Millimiz isə reytinq cədvəlindəki yerinə görə (116-cı pillə) bu rəqibindən xeyli öndədi.
Lakin təəssüf ki, yığmamız bu rəqibi ilə görüşdə qələbə istəyinə çata bilməyib. Qolsuz heç-heçə Azərbaycan millisinə sadəcə bir xal qazandırıb.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
22 mart
LÜKSEMBURQ – AZƏRBAYCAN - 0:0
Hakimlər: Padrayq Satton, Mark Qeyin, Dermot Brayton, Neyl Doyl (hamısı İrlandiya).
Hakim-inspektor: Marsel Vanelşoxt (Belçika).
Komissar: Volfqanq Tyerrixter (Avstriya).
Oyun başladı. Yığmamıza uğurlar arzulayırıq!
5. Komandamız ilk dəqiqələrdə müdafiədən çıxmaqda çətinlik çəkir
9. Futbolçularımız tədricən təzyiqi artırırlar və rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmağa çalışırlar
13. V.Cavadovun uzaqdan zərbəsi çox qeyri-dəqiqdi
15. P.F.Azad oyunda sarı vərəqə ilə cəzalanan ilk futbolçu olur
16. R.Əliyevi cərimə meydançası yaxınlığında kobudluqla dayandırılır. Komandamız cərimə zərbəsi vurmaq hüququ qazanır
17. Komandamız bu cərimə zərbəsindən yaxşı yararlana bilmir
18. Yığmamızın yerinə yetirdiyi künc zərbəsini qapıçı qaytarır. Müdafiəçilərin uzaqlaşdıra bilmədiyi topu ələ keçirən Ruslan hesabı açmağa çox yaxın olsa da, qapıçı əla reaksiya ilə qola imkan vermir
19. Yoahim də kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
20. Yığmamız daha bir cərimə zərbəsi qazansa da, R.Sadıqovun vuruşunda top canlı səddən qayıdır
22. Müdafiəçilərimizin kobud səhvindən sonra Yoahimin yaxın məsafədən zərbəsini Ağayev əla reaksiya ilə geri qaytarır
23. V.Cavadovun yaxın məsafədən vuruşunda rəqib qapıçı topu tuta bilir. Hesabı açmağa çox yaxın idik
30. Oyunun tempi bir qədər aşağı düşüb
33. Yaniş R.Əliyevə qarşı kobudluğa görə sarı vərəqə alır
35. Komandamız yenə təhlükəli hücumlar qurmaqda çətinlik çəkməyə başlayıb
40. Bu dəqiqələrdə meydan sahibləri daha istəkli görünürlər
40. Lüksemburqluların iki ardıcıl künc zərbəsi zamanı futbolçularımız topu uzaqlaşdırmağı bacarırlar
43. Sadiqovun cinah ötürməsindən sonra P.F.Azadın başla vuruşunda top qapı dirəyindən dönür!
44. Epizodun davamında M.Şükürov cərimə meydançasında yerdə qalsa da, hakim penalti olmadığını bildirir
45. Meydan sahiblərinin növbəti korner vuruşu: K.Ağayev topu tutur
İlk yarı başa çatdı
İkinci hissə başladı
47. Raufun uzaqdan zərbəsini qapıçı kornerə çıxarır
48. Korner vuruşunu yığmamız yaxşı yerinə yetirmir
49. Daha bir korneri boşa veririk
55. Yığmamız ikinci hissəyə daha fəal başlasa da, yenə qol vura bilmir
59. V.Cavadovun əvəzində meydana V.Nadirov çıxır
62. Yığmamız ardıcıl ikinci künc zərbəsi zamanı qol istəyinə çata bilmir
62. R.Abışovun zərbəsini qapıçı kornerə çıxarır
63. Təhlükəli korner vuruşunu qapıçı çətinliklə də olsa, zərərsizləşdirir
63. Əliyevin də zərbəsi qapıçıda qalır
65. Millimiz hücumlarının sayını və təzyiqi artırıb. Yeganə çatışmayan qoldu!
66. Lüksemburqun əks-hücumu təhlükəli alınsa da, futbolçularımız diqqətlidilər
67. Rəqib futbolçunun uzaqdan zərbəsi Kamranda qalır
68. Da Mota yerini Latersaya verir
70. V.Nadirovun korner vuruşu heç kimə toxunmadan meydandan çıxır
70. P.F.Azadı C.Özkara əvəzləyir
71. Mutşun zərbəsi təhlükəli olsa da, qapının üstündən keçir
72. Nadirovun cərimə zərbəsini qapıçı asanlıqla tutur
79. Meydan sahiblərinin korner vuruşu zamanı müdafiəçilərimiz diqqətlidilər
80. Bu dəqiqələrdə lüksemburqlular daha fəaldılar
83. Meydan sahiblərinin təhlükəli hücumu zamanı Yoahimin elə də qüvvətli olmayan zərbəsini Kamran tutur
85. Lüksemburqluların növbəti künc zərbəsi zamanı futbolçularımız topu uzaqlaşdırırlar
87. R.Sadiqovu C.Hüseynov əvəzləyir
88. Əfranın cərimə meydançası həndəvərindən vuruşunda top hədəfdən yan keçir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. Komandamız növbəti bir korneri də boşa verir
Matç başa çatdı
LÜKSEMBURQ: 1. Conatan Juber, 5. Tom Şnell, 4. Erik Hoffmann, 19. Matias Yeniş, 18. Loran Yans, 23. Stefano Bensi, 13. Orelyen Yoahim, 9. Daniel da Mota, 16. Kris Fillips, 17. Mario Mutş, 22. Lars Gerson.
Ehtiyat oyunçular: 12. Mark Obervays, 2. Billi Bernard, 21. Moris Devil, 20. David Tyurpel, 15. Kevin Malye, 3. Qi Blez, 7. Çarlz Levek, 6. Rene Piters, 14. Tom Latersa, 8. Jil Bettmer.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov, 6. Rəşad Sadiqov, 7. Vaqif Cavadov, 8. Pərdis Fərcad-Azad, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 18. Maksim Medvedev, 22. Əfran İsmayılov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 2. Bədavi Hüseynov, 5. Elnur Allahverdiyev, 9. Cihan Özkara, 10. Elvin Məmmədov, 13. Qara Qarayev, 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov, 19. Rahid Əmirquliyev, 20. Rüfət Dadaşov, 21. Vladimir Levin.
