22 mart 2013 00:07
Bakının Kəpəzlə yoxlama oyunu keçirmək istəyi baş tutmadı, rəqib dəyişdi
Milli komandaların DÇ-2014-ün seçmə mərhələ oyunları ilə bağlı Azərbaycan Topaz Premyer Liqasında yaranan fasilədən yarralanmaq niyyətində olan "Bakı" mart 23-də yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, həmin gün “zolaqlılar” "Kəpəz"lə yoxlama oyununa çıxmalıydı.
Lakin rəqibin bu görüşdən imtina etməsi səbəbindən bu görüş baş tutmayacaq. Əvəzində paytaxt klubu martın 23-də "Rəvan"la qarşılaşaçaq.
Oyun "Bakı" futbol klubunun təlim-məşq bazasının ehtiyat meydanında keçiriləcək və saat 15:00-da başlayacaq.
