21 mart 2013 11:48
Mahir Şükürov: Lüksemburq ilə hücum futbolu oynayacağıq
Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Mahir Şükürovun azerisport.az saytına müsahibəsi
- Lüksemburqla oyundan nə gözləyirsiz?
- İlk növbədə xalqımızı Novruz Bayramı münasibətilə təbrik etmək istərdim. Müsbət nəticə qazanıb, xalqımızı sevindirmək üçün yaxşı fürsət var. Əlbəttə, Portuqaliya ilə ev oyununda azarkeşlərimizin çox olmasına ümid bəsləyirik. Çünki Bakıya dünya ulduzları gələcək. Amma biz indi daha çox Lüksemburqla oyunu düşünürük. Bu qarşılaşmadan üç xalla ayrılmaq istəyirik.
- Lüksemburqla oyuna hazırsız?
- Hazırlıq prosesi yaxşı keçdi. Hamı qarşıdakı oyuna köklənib. Bizi çətin oyun gözləyir. Çünki qarşılaşma rəqib meydanında baş tutacaq. Yeni tarix yazmaq imkanımız var. Bunun üçün isə Lüksemburqu məğlub etməyimiz vacibdi. Bu rəqibi bir dəfə məğlub etmişik. İndi eyni uğuru təkrarlamalıyıq.

- Həmin oyun yoxlama xarakterli idi...
- Təbii ki, yoxlama oyunları ilə seçmə mərhələ görüşləri tam fərqlənir. Amma qələbə qələbədi. Yoldaşlıq görüşündə qalib gəlmişiksə, deməli, rəsmi oyunda da qalib gələ bilərik. Bütün gücümüzü qoyacağıq ki, qələbə qazanaq.
- Portuqaliya ilə oyun üçün gücünüzə qənaət etməyi düşünmürsüz?
- Lüksemburqla oyundan sonra bərpa üçün vaxtımız olacaq. Bu, problem deyil. Məşqçilər korpusu nəyi necə etmək lazım olduğunu yaxşı bilir. Ona görə də Lüksemburqla qarşılaşmada 100 faiz güc sərf edəcəyik.

- Bu tsikldə yığmamız əsasən müdafiə futbolu sərgiləyir. Lüksemburqla görüşdə də belə olacaq?
- Fikrimcə, bu dəfə hücum futbolu sərgiləyəcəyik. Məşqlərdə daha çox iki hücumçu ilə hazırlaşmışıq. Lüksemburq Rusiya və ya Portuqaliya deyil ki, fəal müdafiə olunaq. Əlbəttə, bu oyunda da müdafiəni unutmayacağıq. Bu komanda cari seçmə mərhələdə iki qol vurub. Deməli, qol vurmağı bacarırlar.

- İki oyuna neçə xal toplamağı düşünürsüz?
- Lüksemburqla görüşdə üç xalı dəqiq qazanmaq istəyirik. Portuqaliyaya gəlincə, onlara da qarşı oynayacağıq. Bu, futboldu. Sensasiya da ola bilər.