21 mart 2013 12:14
Yığmamız İsrailə də məğlub oldu
UEFA tərəfindən Yunanıstanda təşkil olunmuş beynəlxalq turnirdə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız bu dəfə İsraillə qarşılaşıb.
Oyun 2:0 hesabı ilə İsrail yığmasının xeyrinə başa çatıb.
Qeyd edək ki, komandamız ilk oyununda Yunanıstan yığmasına 0:7 hesabı ilə məğlub olmuşdu.
