22 mart 2013 18:40
Portuqaliya İsraillə sülh bağladı (YENİLƏNİB)
Bu gün futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının səfərdə Lüksemburqla qarşılaşacağı gündə F qrupundakı digər komandalar da bir-biri ilə üz-üzə gəliblər.
İsrail doğma meydanda qrupun favoritlərindən Portuqaliyanı qəbul edib. Kifayət qədər məhsuldar alınan və maraqlı idman mübarizəsinə səhnə olan görüşdə qalib müəyyənləşməyib.
Şimaliya İrlandiya isə qrup lideri Rusiya ilə münasibətlərinə aydınlıq gətirməliydi. Amma bu görüş Belfasta yağan güclü qar səbəbindən təxirə salınıb və sabah oynanılacaq.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
22 mart
İsrail - Portuqaliya - 3:3
Qollar: Hemed, 24, Basat, 40, Gerson, 70 - B.Alveş, 2, Poştiqa, 72, Koentrao, 90.
| 1 | Rusiya | 4 | 4 | 0 | 0 | 8 | 0 | +8 | 12 |
| 2 | İsrail | 5 | 2 | 2 | 1 | 13 | 8 | +5 | 8 |
| 3 | Portuqaliya | 5 | 2 | 2 | 1 | 9 | 6 | +3 | 8 |
| 4 | Şimali İrlandiya | 4 | 0 | 3 | 1 | 3 | 5 | –2 | 3 |
| 5 | Azərbaycijan | 4 | 0 | 2 | 2 | 2 | 6 | –4 | 2 |
| 6 | Luxembourg | 4 | 0 | 1 | 3 | 2 | 12 | –10 | 1 |
