21 mart 2013 12:44
Ronaldodan Azərbaycanla oyun öncəsi maraqlı ideya
Futbol üzrə Portuqaliya yığmasının və İspaniyanın “Real” klubunun hücumçusu Ronaldo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi maraqlı addım atıb. Azerisport.az xəbər verir ki, ulduz futbolçu öz rəsmi Twitter səhifəsində müsabiqə keçirməyə qərar verib.
Bu müsabiqədə qalib gələn Ronaldo fanatlarına Portuqaliya yığmasının forvardından Bakıdakı oyuna iki bilet qazanmaq şansı yaranıb: “Azərbaycanla oyuna bilet qazanmaq istəyirsiz? Onda mənə öz şərhlərinizi, şəkillərinizi və ya fotolarınızı yollayın”.
