21 mart 2013 14:56
Abışov, Şükürov, Sadıqov və Foqts
Futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirəcəyi səfər oyunu öncəsi bu gün mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, Lüksemburqda baş tutacaq tədbirdə baş məşqçi Berti Foqtsla yanaşı üç yetirməsi də jurnalistlərin qarşısına çıxacaq.
Bunlar Mahir Şükürov, Rəşad Sadıqov və Ruslan Abışov olacaq.
