21 mart 2013 16:30

Berti Foqts: Kim az səhv buraxsa, o da qələbə qazanacaq

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis qarşılaşma ərəfəsində müxtəlif sualları cavablandırıb.
 
- Komanda Lüksemburqla oyuna nə dərəcədə hazırdı?
- Biz artıq hazırlıqları tamamlamışıq. Komandadan razıyam. Hamı yaxşı əhval-ruhiyyə ilə hazırlaşıb. Komanda həm fiziki, həm mənəvi cəhətdən hazırdı. Uşaqlar rəqibin də nəyə qadir olduğunu yaxşı bilirlər. Lüksemburq da Azərbaycan kimi kiçik ölkədi. Ümumiyyətlə, maraqlı qrupa düşmüşük. Kim daha az səhv buraxsa, o da qələbə qazanacaq.
 
- Kamran Ağayev altı aydı futbol oynamır, Ruslan Abışovun oyun təcrübəsi yoxdu. Bunlar sizi narahat etmir?
- Başa düşə bilmirəm ki, belə oyunçular klublarında niyə ehtiyatda qalırlar. Sabah meydana 11 hazır futbolçu çıxacaq. Biz öz istədiyimiz kimi hazırlıq prosesi keçmişik. Ona görə də qeyd etdiyiniz məqamlar bizə problem yaratmamalıdı.

- Siz Azərbaycan futbolunun inkişafından çox narazı olduğunuzu hər fürsətdə qeyd edirsiz. Amma siz burda işləyirsizsə, deməli, hər şey o qədər də pis deyil ki, razılıq vermisiz...
- Mən futboldan getmək istəyirdim. Amma AFFA rəhbərliyi ilə söhbətdən sonra kömək etməyə qərar verdim. Mən Azərbaycanda işləməyə başlayanda məşq şəraitindən çox məyus idim. İndi hər şey tam fərqlidi. Təəssüf ki, regionlarda olan meydançalar boşdu, heç kim məşq etmir.

- Yığmamız sizin rəhbərliyiniz altında Lüksemburqla qarşılaşıb və qələbə qazanıb. Həmin oyunla müqayisədə nəsə dəyişib?
- Həmin dövrlər müqayisədə Lüksemburq yığması artırıb. Portuqaliya ilə heç-heçə də edə bilərdilər.
 
- Hazırda Azərbaycanda Novruz Bayramı qeyd olunur. Xalqımızı qələbə ilə təbrik edə biləcəksiz?
- Əgər sabah futbolçular mənim onlara tapşırdıqlarımı həyata keçirsələr, bizim də azərbaycanlıları təbrik etmək üçün müəyyən qədər bəxtimiz gətirəcək. Bu, səfər oyunudu. Bizim mentalitetimiz elədi ki, səfərdə o qədər də yaxşı oynamırıq. Nəticədə də uduzduq.
 
- Bəs bu qədər müddət ərzində niyə bu mentaliteti dəyişə bilməmisiz?
- İnsanın mentalitetini dəyişmək çətindi. Nəyisə dəyişmək olar. Amma insanı yox.

- Rəqib qrupun autsayderidi. Bu, bizim səfərdə hücum futbolu oynamağımıza şərait yaradacaq?
- İnşallah.
 
- Kamran Ağayev start heyətdə oynayacaq?
- Meydana ən yaxşılar çıxacaqlar. Ola bilsin, Səlahət Ağayev oynasın. Şimali İrlandiya ilə oyunda o, bir səhvi istisna olmaqla yaxşı çıxış etdi.
 
- Yığmamız iki xaldan artıq xal toplaya biləcək?
- Bəli. Buna borcluyuq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.