21 mart 2013 16:44
Ruslan Abışov: Bilirik ki, bayram günlərində bizdən ancaq qələbə gözləyirlər
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Rusiyanın “Rubin” klubunun futbolçusu bunları dilə gətirib:
“Lüksemburq evdə yaxşı, aqressiv oyun sərgiləyir. Hər şeyə hazır olmalıyıq. Amma bizim də yaxşı heyətimiz var. Əgər əl-ələ versək, bu rəqibi məğlub edəcək gücdəyik. Bilirik ki, bu bayram günlərində bizdən ancaq qələbə gözləyirlər. Fikrimcə, qələbə qazanmağa ümid bəsləyəcək qədər gücümüz var”.