21 mart 2013 16:50
Rəşad Sadıqov: Qazaxıstanla səfər oyunundakı aqibəti yaşamaq istəmirik
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu bunları dilə gətirib:
“Artıq bir neçə gündü rəqibi analiz edirik. Asan olmayacaq. Rəqibin güclü tərəfləri var. Taktiki cəhətdən tam hazırlıqlı olmaq istəyirik. Uğurlu oyun üçün əlimizdən gələni etmək istəyirik. Məşqlərdə təxmini hansı heyətlə oynayacağımızı görmək olurdu. Amma dəqiq heyəti oyun günü biləcəyik. Çünki Foqts məşqlərdə özünü yaxşı tərəfdən göstərən futbolçulara şans verir. Başımızı aşağı salıb getməyəcəyik. Səhv etsək, cəzası ağır olacaq. Qazaxıstanla səfər oyunundakı aqibəti yaşamaq istəmirik. Səbrli oynamağa çalışacağıq. Əgər oyunun əvvəlində qol burazsaq, sonra işimiz çətin olacaq”.