21 mart 2013 17:00
Araz Abdullayev və Elvin Yunuszadə yığmamıza qələbə qazandırdı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Macarıstanın “Haladas” komandası ilə qarşılaşan yığmamız 2:1 hesablı qələbə qazanıb.
Futbolçularımızdan Araz Abdullayev və Elvin Yunuszadə fərqlənib.
