22 mart 2013 19:09
Vindzor Park stadionunu millimizin rəqiblərinin oyununa belə hazırlayırlar (VİDEO)
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün Şimali İrlandiya ilə Rusiya arasında keçirilməli olan görüşün təxirə salınmaq ehtimalının olması barədə xəbər vermişdik. Lakin azerisport.az xəbər verir ki, hələlik bu haqda heç bir rəsmi xəbər yoxdu və böyük ehtimalla qarşılaşma baş tutacaq.
Qeyd edək ki, bu gün Belfast şəhərində kəskin və əlverişsiz hava şəraiti hökm sürməkdədi. Oyunun keçirilməli olduğu bu şəhərdə güclü küləklə müşaiyət olunan qar yağışı dayanmaq bilmir. Şimali İrlandiya Futbol Federasiyası hazırda bütün qüvvəsini səfərbər edərək, “Vindzor Park” arenasını qar örtüyündən təmizləməklə məşğuldu.
Qeyd edək ki, Şimali İrlandiya – Rusiya matçı Bakı vaxtı ilə saat 23:45-də başlamalıdı. Bu iki komandanın Azərbaycan yığması ilə birgə F qrupunda yer aldığını da qeyd edək.
