22 mart 2013 20:30
Şimali İrlandiya – Rusiya matçı təxirə salındı
Futbol üzrə Azərbaycan milli komandasının yer aldığı DÇ-2014-ün seçmə mərhələsinin F qrupunda bir oyun təxirə salınıb. Azerisport.az xəbər verir ki, bu gün keçirilməli olan Şimali İrlandiya – Rusiya qarşılaşması baş tutmayacaq.
Bakı vaxtı ilə saat 23:45-də başlamalı olan görüş Şimali İrlandiyanın paytaxtı Belfastdakı güclü qar üzündən ertələnib. Matç sabah, saat 18:00-da start götürəcək.
Qeyd edək ki, bu gün artıq F qrupunda bir oyun keçirilib və İsrail Portuqaliya ilə heç-heçə edib – 3:3. Millimiz isə bu gecə Lüksemburqun qonağı olacaq.
