22 mart 2013 20:46
Azərbaycandan Estoniyaya 4 cavabsız qol
Estoniyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimizin rəqibi Estoniyanın U-19 yığması olub.
Qarşılaşma komandamızın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Coşqun Diniyev və Fəhmin Muradbəyli hərəyə bir dəfə fərqlənibsə, Ruslan Nəsirli dubl edib.
Bu komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.
