22 mart 2013 20:23
Xəzər Lənkərandan Toşaka təbrik!
Bu gün “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın doğum günüdü. Azerisport.az xəbər verir ki, uelsli mütəxəssisin 64 yaşı tamam olur.
Bu münasibətlə “Xəzər Lənkəran”ın kollektivi başda klub prezidenti Mais Mənsimov olmaqla Toşakı təbrik edib, ona can sağlığı, uzun ömür, səadət və yeni klubu ilə yeni uğurlara imza atmasını arzulayıb.
