22 mart 2013 21:10
Ronaldo Azərbaycana qarşı oynaya bilməyəcək
Azərbaycanlı azarkeşlər Kristiano Ronaldonu görə bilməyəcəklər. Azerisport.az xəbər verir ki, Portuqaliya yığmasının üzvü ölkəmizə gətirilməyəcək.
Belə ki, Ronaldo cəzalı duruma düşüb. Bu gün İsraillə səfər matçının 72-ci dəqiqəsində sarı vərəqə alan “Real”ın ulduzu cəzalı duruma düşüb. Bu səbəbdən o, martın 26-da keçiriləcək oyunu buraxmalı olacaq. Güman ki, cəzalı duruma düşməsi səbəbindən Kristiano Bakıya da gətirilməyək və İsraildən birbaşa “Real”ın düşərgəsinə dönəcək.
