22 mart 2013 11:23

Əfran İsmayılov: Özünüz hər şeyi görəcəksiz

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi
 
- Lüksemburqla oyundan nə gözləyirsiz?
- Əlbəttə, hamımız qələbə gözləyirik. Amma bu vəzifənin öhdəsindən gəlmək heç də asan olmayacaq. Rəqibimiz də futbol oynamağı bacarır. Bunu onların son nəticələri də sübut edir.
 
- Şimali İrlandiya ilə görüşü nəzərdə tutursuz?
- Bu oyunu da misal göstərmək olar. Çünki onlar Belfastdan bir xalla qayıtmağı bacardılar. Bu, onların evdə ancaq qələbəyə oynayacağından xəbər verir. Lüksemburqun Portuqaliya ilə ev oyununa da (1:2) baxmışıq. Bu komanda rəqibinə demək olar ki, heç nədə uduzmurdu. Amma biz də ancaq qələbə haqda düşünürük. Qələbə yığmamızın Portuqaliyaya da qarşı yaxşı hazırlaşmasına şərait yaradacaq.
 
- Bir ay öncə yoldaşlıq oyununda məğlub etdiyiniz Lixtenşteynlə Lüksemburqu müqayisə edə bilərsiz?
- Lüksemburq iki dəfə güclüdü. Bu komandaları heç müqayisə də etmək olmaz. Onsuz da hər şeyi özünüz görəcəksiz. Amma istənilən halda başa düşürük ki, xal itkisi bizim üçün bağışlanmaz olacaq.
 
- Komandadan bu dəfə hücum futbolu gözləyə bilərik?
- Buna baş məşqçimiz qərar verəcək. Məncə, xoşbəxtliyi rəqib qapısında axtarmalıyıq. Xüsusilə də Lüksemburqla oyunda. Bizim üçün nəticə kimi, oyun da vacibdi.
 
- Portuqaliya haqda düşünmürsüz?
- Xeyr. Hazırda bütün fikirlərimiz Lüksemburqla görüşə yönəlib. Əgər qalib gəlsək, atmosfer daha da yaxşı olacaq. Əgər qarşıdakı iki oyunda dörd xal toplaya bilsək, bu, möhtəşəm nəticə olacaq. Bunun üçün isə yüksək səviyyəli oyun sərgiləməliyik.
 
- Bəs mükafat?
- Bunun barədə ən axırda düşünürük.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.