23 mart 2013 00:05
AFFA prezidentindən milli komandamıza dəstək
AFFA-nın prezidenti Rövnəq Abdullayev Lüksemburq şəhərinə gedib. Azerisport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Abdullayev 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilən Lüksemburq – Azərbaycan oyununu izləmək üçün Lüksemburqa yollanıb.
