22 mart 2013 13:12
Lüksemburq - Azərbaycan matçı canlı yayımlanacaq
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçiriləcək Lüksemburq – Azərbaycan oyunu canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, görüşü AzTV vasitəsilə canlı izləmək mümkün olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.
