23 mart 2013 01:18
Simurq Gürcüstanda məşqə çıxdı
Milli komandanın DÇ-2014-ün seçmə mərhələsindəki oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Simurq" artıq Gürcüstandadı. Azerisport.az xəbər verir ki, bu gün "Dila" ilə yoldaşlıq görüşü keçirdəcək Zaqatala təmsilçisi ötən gün oyun öncəsi son məşqə çıxıb.
Əvvəlcə futbolçuları başına toplayan baş məşqçi Georgi Çixradze tapşırıqlarını verdikdən sonra, fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında çalışmalara start verilib. Daha sonra taktiki tapşırıqlar yerinə yetirilib. Sonda isə ikitərəfli oyunla hazırlıqlar tamamlanıb.
Qeyd edək ki, "Simurq"un "Dila" ilə keçirəcəyi yoldaşlıq görüşü saat 16:00-da start götürəcək.
