22 mart 2013 13:45
Azarkeşlər milli komandamızın Lüksemburqa qalib gələcəyinə şübhə etmirlər
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Lüksemburq - Azərbaycan matçı necə nəticələnəcək” sualı ilə müraciət etdiyimiz oxucuların yekun rəyi ilə sizi də tanış edirik.
Beləliklə, sorğuya qatılanların böyük əksəriyyətin Azərbaycan yığmasının bu görüşdə qələbə qazanmaq şansının daha çox olduğunu düşünür. Respondentlərin 72 faizi (761 səs) məhz bu variantı seçib.
Lüksemburqun qələbə qazanacağını düşünənlər 15 faiz (152 səs) təşkil ediblər. Yalnız yerdə qalan cüzi bir hissə qarşılaşmanın sülhlə bitəcəyini proqnozlaşdırır.
