23 mart 2013 01:34
Berti Foqtsdan Lüksemburqla heç-heçəyə şərh
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla baş tutan oyunu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis qolsuz heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Futbolçulardan daha çox mübarizə və əzmkarlıq gözləyirdim. Təəssüf ki, qələbə qazanmağı bacarmadıq. Belə oyunlarda maksimum güc sərf etmək lazımdı. Bu gün bunu görmədim. Lüksemburq isə müdafiədə kompakt oyun sərgilədi və bizə çox qol epizodu yaratmağa imkan vermədi”.