23 mart 2013 01:53
Berti Foqts: Lüksemburq da bizə qol vura bilərdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla baş tutan oyunda yetirmələrinin qol buraxmamasından razı qaldığını dilə gətirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis qolsuz heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Bu oyunda yeganə razı qaldığım məqam komandanın qol buraxmamasıdı. Çünki rəqibin də şansları var idi. Onlar da lazım olan qolu vura bilərdilər”.
“Bu oyunda yeganə razı qaldığım məqam komandanın qol buraxmamasıdı. Çünki rəqibin də şansları var idi. Onlar da lazım olan qolu vura bilərdilər”.
