23 mart 2013 02:06

Berti Foqts: Bütövlükdə yaxşı oynadıq

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla baş tutan oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis qolsuz heç-heçə ilə bağlı öncə bunları dilə gətirib:
 
“Hər iki komanda maraqlı oyun sərgilədi. Bütövlükdə, biz yaxşı oynadıq. Çox təəssüf ki, qələbə qazana bilmədik”.

Almaniyalı mütəxəssis yetirmələrindən tam razı qalmadığını da etiraf edib: “Mən gözləyirdim ki, komandam daha aqressiv futbol sərgiləyəcək, daha çox mübarizə aparacaq. Əgər gözlədiyim kimi döyüşsəydik, qələbə qazana bilərdik. Bu matç da göstərdi ki, Azərbaycan yığmasının yaxşı futbolçuları var. Sadəcə, onlar başa düşməlidilər ki, belə oyunlarda qələbə qazanmaq üçün maksimim güc sərf etmək lazımdı”.
 
“Bu oyunda yeganə razı qaldığım məqam komandanın qol buraxmamasıdı. Çünki rəqibin də şansları var idi. Onlar da lazım olan qolu vura bilərdilər. Lüksemburq bu gün müdafiədə kompakt oyun sərgilədi. Bunun da nəticəsində biz istədiyimiz qədər qol epizodu yarada bilmədik”, deyə yığmamızın baş məşqçisi qeyd edib.
 
Foqts Elvin Məmmədova şans vermədiyi halda, Cavid Hüseynovu meydana buraxmasını belə izah edib: “Şimali İrlandiya ilə oyunda o, daha yaxşı təsir bağışlamışdı. Həm də “Bakı”nın son oyununda Cavid start heyətdə yer aldığı halda, Elvin meydana sonradan çıxdı”.
 
Millimizin çalışdırıcısı komandasının fiziki hazırlığından da şikayətlənib: “İkinci hissədə fiziki hazırlıq baxımından çatdırmadığımız hiss olunurdu. Lüksemburqu məğlub etdiyimiz iki il əvvəlki oyunla bu görüşü müqayisə etmək istəmirəm. Bunlar tamamilə fərqli oyunlardı”.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.