22 mart 2013 14:09
Şimali İrlandiya – Rusiya matçı baş tutmaya bilər
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün Şimali İrlandiya ilə Rusiya arasında keçirilməli olan görüş təxirə salına bilər. Azerisport.az xəbər verir ki, buna səbəb hazırda Belfast şəhərindəki əlverişsiz hava şəraitidi.
Məsələ burasındadı ki, oyunun keçirilməli olduğu bu şəhərdə güclü küləklə müşaiyət olunan qar yağışı dayanmaq bilmir. Yaxın saatlarda Şimali İrlandiya Futbol Federasiyasının rəsmiləri, eləcə də qarşılaşmanın UEFA nümayəndəsi qarşılaşmanın baş tutacağı arenaya yekun baxış keçirəcək və son qərarlarını açıqlayacaqlar.
Qeyd edək ki, Şimali İrlandiya – Rusiya matçı Bakı vaxtı ilə saat 23:45-də başlamalıdı. Bu iki komandanın Azərbaycan yığması ilə birgə F qrupunda yer aldığını da qeyd edək.
