23 mart 2013 02:27
Holts: Azərbaycan yığmasına qalib gələ bilərdik
Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Rəqib meydanda öz oyununu diqtə etməyə çalışırdı. Amma biz buna imkan vermədik. Çox şadam ki, komandam bu gün xal qazanmağı bacardı. Əminəm ki, komandam bundan da artığına qadirdi. Bu gün Azərbaycan yığmasını məğlub edə bilərdik. Sadəcə, bir qədər bəxtimiz gətirmədi”.