22 mart 2013 14:36
“Azərbaycan Lüksemburqa qalib gələ bilər və buna borcludu”
AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu Kazbek Tuayev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburq – Azərbaycan oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Oyunu səbrsizliklə gözləyirəm. İnanıram ki, komandamız layiqli oyun sərgiləyəcək. Yığmamız son vaxtlar inamlı çıxışı ilə seçilir. Çox istərdim ki, uşaqlar bu bayram günlərində azarkeşlərimizi sevindirsinlər. Biz Lüksemburqu məğlub edə bilərik və buna borcluyuq. Komandadan ancaq qələbə gözləyirəm. Amma heç-heçə də bir nəticədi. Çünki futbolda hər şey mümkündü. Sadəcə, onu uğurlu nəticə saymayacağam. Lüksemburqa qarşı yalnız qələbə üçün oynamaq lazımdı. Əgər qalib gəlsək, bu, Portuqaliya ilə oyuna daha yaxşı hazırlaşmağımıza kömək edəcək. Yığmamızın heyətində Lüksemburqa qol vura biləcək futbolçular var”.
