23 mart 2013 02:33
Rövnəq Abdullayev: Oyundan razıyam, nəticədən yox
AFFA prezidenti Rövnəq Abdullayev yığmamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla baş tutan oyununu şərh edib. Azerisport.az xəbər verir ki, federasiya prezidenti qolsuz heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Oyundan razıyam. Əsas odu ki, komanda sonadək mübarizə apardı. Buna görə şəxsən mən onları tənqid etmədim. Sadəcə, qol vura bilmədik”.
