23 mart 2013 02:44
“Heç-heçə də pis nəticə deyil”
Futbol üzrə Azərbaycan yığmasının və “Simurq”un müdafiəçisi Rasim Ramaldanov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla baş tutan oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində müdafiəçi qolsuz heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Rəqib heç də sıradan komanda deyildi. Asan oyun olmadı. Belə meydanda oynamaq da çətin idi. Tez-tez yıxılırdıq. Fikrimcə, səfərdə oynadığımızı nəzərə alsaq, heç-heçə pis nəticə sayılmamalıdı”.
