23 mart 2013 02:54
Rövnəq Abdullayev: Səhfə yol verməyən futbolçuları niyə tənqid etməliyik ki?
AFFA prezidenti Rövnəq Abdullayev yığmamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla baş tutan oyununu şərh edib. Azerisport.az xəbər verir ki, federasiya prezidenti qolsuz heç-heçə ilə bağlı öncə bunları dilə gətirib:
“Pis oynamadıq. Oyundan razıyam. Komanda meydanda mübarizə apardı”.
Lakin Abdullayev nəticənin ürəkaçan olmadığını da etiraf edib: “Heç-heçədən necə razı qalmaq olar? Qalib gəlmək istəyirdik. Amma bəxtimiz gətirmədi. Lakin bütövlükdə oyun da, nəticə də pis sayılmamalıdı”.
AFFA prezidenti hakimlikdən də danışıb: “Bir epizodda hakim rəqib qapısına penalti təyin etməliydi. Amma o, bunu etmədi. Qol vurmaq üçün başqa da şanslarımız oldu. Elə dirəkdən dönən topu qeyd etmək yetər”.
Rövnəq Abdullayev heç-heçəyə rəğmən, oyunçuları tənqid etməyin əleyhinə çıxıb: “Niyə tənqid etməliyik ki? Onları tənqid etmək olmaz. Çünki səhvə yol vermədilər. Düzdü, 3-4 qol epizodumuz oldu və onlardan yararlanmaq lazım idi. Amma bu, alınmadısa, dərhal tənqidə əl atmamalıyıq. Hər halda onlar özləri də qələbə qazanmaq istərdi”.
AFFA prezidenti Portuqaliya ilə oyun haqda danışmaq istəməyib: “Bu barədə oyun öncəsi danışarıq”.
