22 mart 2013 16:28
Rauf Əliyev: Lüksemburq yığması indi daha təhlükəlidi
Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- Biz Lüksemburqla oyuna yaxşı hazırlaşmışıq. Yol uzun oldu. Amma bu, bizim oyunumuza heç bir təsir göstərməməlidi. Fikrimcə, şanslar əllinin əlliyədi. Bütövlükdə, hər iki komanda eyni səviyyədədi. Son dövrlər onlar da yaxşı futbol sərgiləyirlər. Nəticələri də çox şeydən xəbər verir. Hiss olunur ki, Lüksemburq yığması inkişafdadı.
- Bir neçə il öncə yığmamız bu komanda üzərində səfərdə 2:1 hesabıyla qalib gəlib...
- Biz Lüksemburqun Şimali İrlandiya ilə oyununa baxmışıq. Bu, bizim o vaxt qarşılaşdığımız komanda deyl. İndi onlar daha yaxşı, inamlı futbol sərgiləyirlər. İndi Lüksemburq yığması daha təhlükəlidi. Asan olacağını gözləməyə dəyməz.
- Fevralda lüksemburqluların Ermənistanla 1:1 hesablı heç-heçəyə razılaşması sizdə qələbəyə əlavə motivasiya yaratmır?
- Bu, rəqib komandanın hazırda yaxşı vəziyyətdə olmasından xəbər verir. Bizə heç də asan olmayacaq. Amma yenə də qələbə qazanmağa çalışacağıq.
- Bu, rəqib komandanın hazırda yaxşı vəziyyətdə olmasından xəbər verir. Bizə heç də asan olmayacaq. Amma yenə də qələbə qazanmağa çalışacağıq.
- Belə bir inam var ki, Berti Foqts bu görüşdə birdən-birə iki hücumçuya şans versin...
- Baxaq, görək necə olacaq. Biz bu tsikldə müxtəlif taktikalara müraciət etmişik. Hərdən bir, hərdən iki hücumçu ilə oynamışıq. Bu dəfə necə olacağını demək çətindi.
- Əgər yadınızdadırsa, Şimali İrlandiya ilə oyun öncəsi sizdən niyə uzaqdan zərbə vurmadığınızı soruşmuşduq. Bundan sonra siz məhz Belfastdakı oyunda uzaqdan zərbə ilə qol vurmuşdunuz...
- Bəli, bunu xatırlayıram (gülür).
- Elə isə, yenə soruşuruq: Niyə yenidən uzaqdan zərbələr vurmağı unutmağa başlamısız?
- (gülür) Lüksemburqla oyunda da buna çalışacağam.
- (gülür) Lüksemburqla oyunda da buna çalışacağam.
- Qışda siz “Bakı”ya keçsəz də, hələ də qol vura bilməmisiz...
- Mən “Bakı”nın oyunlarının təxminən 75 faizində iştirak etmişəm. Düzdü, hələlik qol vurmaq alınmır. Bu, problemdi. Amma çalışacağam ki, özümü yaxşı tərəfdən göstərim.
- Portuqaliya ilə oyundan nə gözləyirsiz?
- Əgər Lüksemburqla görüşdə yaxşı nəticə qazansaq, komandada atmosfer yaxşılaşacaq. Ona görə də çox şey məhz bu görüşdən asılıdı. Hər şey ola bilər. Rəqibi qiymətləndirməmək olmaz. Öncə bu oyunda qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Ondan sonra isə Portuqaliya ilə görüş haqda düşünərik.