23 mart 2013 19:10
AFFA mətbuat nümayəndələri üçün avtomobil ayıracaq
Martın 25-də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun “Sheraton Baku Airport Hotel”də keçiriləcək mətbuat konfransına gedəcək jurnalistlər üçün AFFA tərəfindən avtomobil ayrılacaq. Azerisport.az xəbər verir ki, mətbuat nümayəndələri üçün nəzərdə tutulmuş avtomobil saat 11:00-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.
Xatırladaq ki, mətbuat konfransı saat 12:00-da başlayacaq.
