23 mart 2013 19:27
Bakı Rəvan üzərində qələbəyə sevindi
Milli komandaların FİFA 2014 Dünya Çempionatının seçmə oyunlarında iştirakı ilə əlaqədar yaranmış fasilədən yararlanan "Bakı" bu gün səfərdə "Rəvan"la qarşılşıb. Azerisport.az xəbər verir ki, “zolaqlılar” yoxlama oyununa aşağıdakı heyətlə çıxıb.
Bakı: Edin Nuredineski, Edemir Rodrigez, Elvin Əliyev, Əziz Quliyev, İbrahim Karqbo, Risto Ristoviç, Ferdi Elmas, Junior, Horvat, Rəhman Hacıyev, Pena Marius.
Azərbaycan Topaz Premyer Liqasının XXIV turunun "Simurq" - "Bakı" qarşılşamasına hazırlıq xarakteri daşıyan oyunda hesabı komandamız açıb. Risto Ristoviç "Bakı"nı hesabda irəıi çıxarıb.
Meydan sahibləri bu qolun cavabını 11 metrlik cərimə zərbəsindən sonra veriblər. Zərbəni dəqiq yerinə yetirən Miloş Adamoviç hesabı bərabərləşdirib. Rəhman Hacıyev komandamızn qələbə qolunu vurub. Yoxlama oyunu "Bakı"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci hissədə komandamızın heyətində bir neçə dəyişiklik baş verib. Bojidar Bandoviç təcrübəli oyunşularla yanaşı meydana əvəzedici heyətdən cəlb etdiyi 3 futbolçu buraxıb. Aqil Məmmədov çərçivəni Nuredineskidən təhvil alıb. Aleksandar Şoliçlə bərabər Raul Yaqubzadə, Tural Qürbətov və Vadim Abdullayev oyuna qoşulublar.
Xatırladaq ki, Azərbaycan Topaz Premyer Liqasının XXIV turunun "Simurq" - "Bakı" oyunu 30 mart 2013-cü il tarixdə Zaqatala şəhər stadionunda baş tutacaq.
