23 mart 2013 19:34
İnter AZAL-la heç-heçəyə razılaşdı (VİDEO)
Bu gün "İnter" və AZAL klubları arasında yoxlama görüşü baş tutub. Azerisport.az xəbər verir ki, "Şəfa" stadionunda keçirilən matçda “bankirlər” meydana aşağıdakı heyətlə çıxıb:
Georgi Lomaya, Arif Daşdəmirov, Brüs Abdulay, Valeri Abramidze, Ruslan Əmircanov, İlqar Ələkbərov, Slavço Georgiyevski, İbrahima Niasse, Asif Məmmədov, Yuri Fomenko və Baçana Tsxadadze.
Fasilədən sonra baş məşqçi Kaxaber Tsxadadze meydana Leonardo Roşa, Robertinyo, İlia Kandelaki, Daniel Genov, Petar Zlatinov və Samir Zərgərovu buraxıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. “İnter”in heyətində Asif Məmmədov fərqlənib.
Qeyd edək ki, martın 30-da "İnter" Premyer Liqanın 24-cü turu çərçivəsində "Neftçi" klubuyla üz-üzə gələcək.
