23 mart 2013 11:07
Rəşad Sadıqov: Nəticədən razı qalmaq olar
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla baş tutan oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində müdafiəçi qolsuz heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Qələbə qazanmağı çox istəyirdik. Mən deyərdim ki, bizim sadəcə bəxtimiz gətirmədi. Mərkəz zonada mən və Ruslan Abışov çıxış edirdi. Əgər hücumameylli yarımmüdafiəçilər bizə kömək etsəydilər, onda işimiz daha asan olardı. Amma belə bütün güc ikimizin üzərinə düşmüşdü. Səfərdə oynadığımızı nəzərə alsaq, nəticədən razı qalmaq olar”.
