23 mart 2013 11:26
Bu gün Şəfada paytaxt derbisi baş tutacaq
DÇ-2014-ün təsnifat mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında fasilə yaranıb. Azerisport.az xəbər verir ki, Premyer Liqamızın iki klubu yaranmış fasilədən istifadə edərək yoxlama matçı keçirməyə qərar verib.
Belə ki, bu gün “İnter” AZAL ilə görüşəcək. Oyun “Şəfa” stadionunda baş tutacaq. Qeyd edək ki, bu görüş saat 16.00-da başlayacaq.
