23 mart 2013 11:33
Sumqayıt Kəpəzlə oyuna tam heyətlə hazırlaşa bilmir (FOTO)
"Sumqayıt" "Kəpəz"lə oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, “Bayıl Arena”da bu gün növbəti məşqinə çıxan komandanın heyətində bəzi itkilər yer alır.
Topaz Premyer Liqasının son turunda "Turan"la keçirilmiş qarşılaşmada (4:0) zədələnən Orxan Əliyev bu gün növbəti dəfə həkim müayinəsindən keçəcək. Bundan başqa, A millinin heyətində yer alan Səlahət Ağayev, Pərdis Fərcad-Azad, U-21-də olan Slavik Alxasov və U-19-un heyətinə çağırılmış Ruslan Nəsirli ilə Şamil Cəmaləddinov isə hazırlıq prosesinə nisbətən gec qoşulacaq.
