23 mart 2013 11:56
Vaqif Cavadov: Lüksemburq daha yaxşı rəqib çıxdı
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vaqif Cavadov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla baş tutan oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, qolsuz heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Lüksemburq gözlədiyimizdən də yaxşı rəqib çıxdı. Onlar çox inamla müdafiə olunurdular. Biz isə ələ düşən fürsətləri yaxşı dəyərləndirə bilmədik. Belə oyunlarda daha diqqətli olmaq lazımdı”.
