23 mart 2013 12:01

Sadıqov: Portuqaliya ilə oyunda 3 xal qazanmağa çalışacağıq

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla baş tutan oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində müdafiəçi qolsuz heç-heçə ilə bağlı öncə bunları dilə gətirib:
 
- Ola bilsin ki, kənardan bu, o qədər də diqqət çəkmirdi. Amma qazon həddən artıq ağır idi. Bir neçə gün öncə bura qar yağmışdı. Belə meydanda sürətli futbol oynamaq çox çətindi. Rəqib isə səliqəli müdafiə olunurdu, əks-hücumları da təhlükəli alınırdı. Biz də öz növbəmizdə çox çalışdıq. Uşaqların qol vəziyyətləri də oldu. Top gah dirəyə dəydi, gah da qapıçıdan qayıtdı. Qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Əgər qalib gəlsəydik, indi beş xalımız var idi. Qrupdakı mövqeyimizi də yaxşılaşdırmış olacaqdıq. Hazırda isə cəmi üç xalımız var. Əksər oyunlarımızı səfərdə keçirmişik. Bu üzdən də nəticəni o qədər pis saymaq olmaz. Baxmayaraq ki, daha çox xalımız ola bilərdi.

- Komandada atmosfer necədi?
- Əgər qarşıda daha bir oyunumuz olmasaydı, ona çox məyus olardıq. Amma biz indi Portuqaliya ilə oyunu düşünməliyik. Fikrimcə, Portuqaliya ilə heç-heçə edə bilsək, Lüksemburqdakı nəticəni kompensasiya edə bilərik.
 
- Berti Foqts nə dedi?
- O, nə çox razı, nə də narazı deyil. Özümüz də başa düşürük ki, qələbə qazanmalıydıq. Bir qədər buna görə məyusluq var. Belə oyunlarda ələ düşən hər fürsətdən maksimum yararlanmaq lazımdı.
 
- Portuqaliya Bakıya Ronaldosuz gəlir. Sizcə, bu, rəqibin oyununa təsir göstərəcək?
- Rəqibin kimliyindən asılı olmayaraq, biz evdə həmişə nəticəyə oynayırıq. Çalışacağıq ki, bu komandaya da uduzmayaq. Digər şeylər haqda düşünmürük.
 
- Bəs qələbə haqda necə?
- Əgər imkan olsa, üç xal da qazanmağa çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.