23 mart 2013 12:22
Ronaldo oynamasa da, Bakıya gələcək
Futbol üzrə Portuqaliya yığmasının və İspaniyanın “Real” klubunun hücumçusu Kristiano Ronaldo Bakıya gələcək. Azerisport.az xəbər verir ki, ulduz futbolçu cəzalı duruma düşdüyünə görə yığmamıza qarşı oynaya bilməyəcək.
Bu üzdən onun heç ölkəmizə gətirilməməsi və İsraildən birbaşa Madridə yollanması gözlənilirdi. Amma buna baxmayaraq, Ronaldo komanda yoldaşlarına dəstək olmağa qərar verib.
Qeyd edək ki, Ronaldo ötən gün İsraillə səfər matçının 72-ci dəqiqəsində sarı vərəqə alıb. Bu səbəbdən o, martın 26-da keçiriləcək Azərbaycan millisi ilə oyunu buraxmalı olacaq.
