23 mart 2013 12:34
Kalonas 69 dəqiqə oynadı, Litva xal qazandı, Çesnauski izlədi
Futbol üzrə Litva millisi DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, litvalılar Slovakiyanın qonağı olublar.
Oyun 1:1 hesabı ilə başa çatıb. Litva millisinin start heyətində yer alan “Rəvan”ın üzvü Mindauqas Kalonas 69 dəqiqə oynayıb. Bakı klubuna keçərək 2 illik fasilədən sonra yığmaya çağırılan futbolçu Arvidas Novikovas tərəfindən əvəzlənib.
“Bakı”nın yarımmüdafiəçisi Deyvidas Çesnauski isə oyunu ehtiyat oyunçular skamiyasından izləyib.
