23 mart 2013 12:53
Ansi Aqolli fərqləndi, albanlar Norveçi məğlub etdilər
Futbol üzrə Albaniya millisi DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, albanlar Novreçin qonağı olublar.
Oyun Albaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Hamdi Salihinin qələbə qolunu vurduğu oyunda albanların baş məşqçisi Qyanni De Byasi “Qarabağ”ın üzvü Ansi Aqolliyə start heyətində şans verib və sonadək oynamaq imkanı yaradıb. Aqolli 90+3-cü dəqiqədə sarı vərəqə alıb.
