23 mart 2013 13:05
AZAL və Bakının oyunçuları Litvaya səfərdə xal qazandırdı
Futbol üzrə Latviya millisi DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, “Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkovun başçılıq etdiyi komanda Lixtenşteynin qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Starkov AZAL-ın üzvü Oskar Klyavaya və “Bakı”nın oyunçusu Denis İvanova start heyətində şans verərək, 90 dəqiqə meydanda saxlayıb. “Bakı”nın sabiq üzvü, hazırda Yunanıstanın “Ergotelis” klubunda çıxış edən Maris Verpakovski 90 dəqiqə oynadığı halda, “Qəbələ”nin keçmiş qapıçısı, indi Liepaya “Metallurg”unda forma geyinən Pavel Doroşev ehtiyatda qalıb.
