23 mart 2013 13:17
“Heç bilmirik Lüksemburqla heç-heçəyə sevinək, yoxsa üzülək”?
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla baş tutan oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, qolsuz heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Heç bilmirik bu nəticəyə görə sevinək, yoxsa üzülək? Bir tərəfdən çoxlu qol epizodlarını dəyərləndirə bilmədik. Digər tərəfdən də meydança çox ağır vəziyyətdə idi. Belə qazonda nəsə etmək çox çətindi. Təəssüf ki, qalib gələ bilmədik”.
