23 mart 2013 13:32

Vaqif Cavadov: Bu, bizim üçün əlavə stimuldu

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vaqif Cavadov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla baş tutan oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Oyunu necə qiymətləndirirsiz?
- Hesab edirəm ki, meydança bizə tam gücümüzlə oynamağa imkan vermədi. Lüksemburq isə yaxşı rəqib çıxdı. Düzdü, hər şeyə rəğmən, qol vurmaq üçün imkanlarımız oldu. Amma bunlardan yararlana bilmədik. İndi Portuqaliya ilə oyun haqda düşünməliyik.
 
- Lüksemburqla heç-heçəyə görə məyusluq yoxdu?
- Əlbəttə, üç xal qazanmaq istəyirdik. Amma futbolda belə hallar olur. Məsələn, Portuqaliya da İsrailə məğlubiyyətdən son anda qurtula bildi.
 
- Sizcə, istədiyiniz hücum futbolunu sərgiləyə bildiniz?
- Qol vəziyyətlərimiz var idi. Sadəcə, bunları qola çevirmək mümkün olmadı. Yenə də deyirəm ki, qazon bu işdə bizə çox problemlər yaratdı. Amma komandamız yaxşı mübarizə apardı. Allah eləsin ki, doğma divarlar arasında azarkeşlərimizin də dəstəyi ilə Portuqaliyadan xal ala bilək.

- Portuqaliyanın İsraillə heç-heçəsi rəqibə təsir edə bilər?
- İsraillə heç-heçəyə baxmayaraq, onlar yenə də öz güclərini qoruyublar. Bu, onlar üçün problem hesab olunmamalıdı. Ümumiyyətlə, biz öz oyunumuzu düşünməliyik. İsraillə heç-heçə rəqibimizin öz problemidi.
 
- Ronaldo yığmamıza qarşı oynamayacaq...
- Əlbəttə, belə bir futbolçunun bizə qarşı oynamaması əlavə stimuldu. Amma biz buna da önəm vermirik.
 
- Komanda növbəti oyuna kimi hazır ola biləcək?
- Ümid edirəm ki, hər şey yaxşı olacaq. Portuqaliya ilə oyuna qədər hazır olmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.